Sarkisyan İtaliyadan gəlib Qarabağa getdi - 3 gündür Xankəndidədir
Ölçü:


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Joxovurd” yazır ki, sabiq prezident 10 gün xaricdə səfərdə olub. O, 3 gündür Xankəndidədir. Onun anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub.

Başqa məlumatlara əsasən, Serj Sarkisyan İtaliyda dincəlib. Onun ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.

Qeyd edək ki, Sarkisyanın qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır.
09.08.2018 10:26:00
Oxuma sayı: 337