Ekologiya Nazirliyi 26 400 manat cərimə tətbiq edib - 15 gündə
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, iyulun 16-dan 31-dək aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 271 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 73 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 52 iş üzrə 26 400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 19 283,31 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 177 iş üzrə 21 157,37 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 21, məhkəmələrə 4 iş göndərilib.
09.08.2018 10:18:00
Oxuma sayı: 433