Türkiyə İrandan qaz almaqda davam edəcək
Ölçü:


Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyənin İran qazını almaqda davam edəcəyini bildirib.

Koordinat.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Fatih Dönməz deyib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar da buna mane olmayacaq: “Enerji təhlükəsizliyimiz üçün İrandan alınan qazın böyük önəmi var. Müqaviləmiz 2026-cı ilə qədərdir. Vətəndaşlarımız soyuqda və işıqsız qoymaq niyyətimiz olmadığı üçün İran qazını almaqda davam edəcəyik”.

 

 

 
08.08.2018 14:23:00
Oxuma sayı: 464