Ermənistanda hərbi komissarı və daha iki nəfər həbs olunub
Ölçü:


Ermənistanın Masis şəhəri hərbi komissarlığının rəisi korrupsiyada ittiham olunaraq tutulub.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Milli Təhlükəsizlik Xidmətinin (MTX) Mətbuat mərkəzinə istinadən yayılan məlumata görə, hərbi komissar çağırışçıların hərbi xidmətdən möhlət alması üçün cinayət işlətməkdə ittiham olunur.

MTX-nin məlumatına əsasən, bu cinayətdə hərbi komissarlığın əməkdaşları, vasitəçilər, həkimlər və çağırışçılar iştirak ediblər. Massis şəhərinin bölməs rəisi S.B. hərbi xidmətdən möhlət almaq üçün 4 çağırışçıya saxta arayışı 7 min dollara “satıb”. Komissarlığın başqa bir keçmiş əməkdaşı mayor M.Q. isə möhlət təşkil etmək üçün hər çağırışçıdan 4 min dollar alıb. Məlum olub ki, daha 7 nəfər belə xidmətə görə ona 150 dollardan 4 min dollaradək rüşvət verib.

Hadisə ilə bağlı cinayət işi açılıb, Masis şəhərinin hərb komissarı, həkim və komissarlığın keçmiş əməkdaşı həbs olunub.
08.08.2018 13:21:00
Oxuma sayı: 458