Baş Prokurorluq Robert Koçaryana güzəşt etmədi - həbsdə saxlanıldı
Ölçü:


Ermənistan Baş Prokurorluğu parlamentin 45 deputatının sabiq prezidenti Koçaryanın azadlığa buraxılması ilə müraciətini geri çevirib.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki,  Prokurorluğun mətbuat xidmətinin rəhbəri Arevik Xaçatryan ittiham olunan şəxsin azadlığa buraxılmasının hazırki situasiyada mümkünsüz olduğunu deyib.

Xatırladaq ki, Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Sabiq prezident iki həftə əvvəl həbs olunub. O, 2008-ci il 1 mart hadisələrinin təşkilində ittiham edilir. Ermənistan Baş Prokurorluğu Robert Koçaryan barəsində 2 aylıq həbs qətimkan qərarı verib.
 
08.08.2018 12:09:00
Oxuma sayı: 429