Paşinyan Qazaxıstan prezidentinə zəng etdi
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, dövlət başçıları telefon danışığı zamanı həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da müzakirə ediblər. Telefon danışığı zamanı Paşinyan və Nazarbayev ikitərəfli münasibətlərlə yanaşı KTMT-nin fəaliyyətini də müzakirə ediblər.

Qeyd edək ki, Ermənistanda Rusiyanın rəhbərliyi ilə yaradılmış əsasən NATO ilə mübarizəyə hesablanmış KTMT-nin baş katibi Yuri Xaçaturov haqda həbs qəti imkan tədbiri seçilib. Xaçaturov Ermənistan dövləti tərəfindən alyansa rəhbərlik etmək üçün təqdim edilib.
07.08.2018 16:09:00
Oxuma sayı: 485