Separatçılar Putinlə Lavrov Cənubi Osetiyaya dəvət etdilər
Ölçü:


Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan etmiş və beynəlxalq miqyasda tanınmayan Cənubi Osetiyaya “müstəqillik günü”nün 10 illiyinə həsr olunmuş tədbirlərə dəvət olunublar.

Koordinat.az
xəbər verir ki, bu barədə "RİA Novosti” Rusiyanın separatçı "respublika"dakı səfiri Marat Kelaxmetova istinadən məlumat yayıb.  Separatçı rejimin nümayəndəsi deyib ki, bayram tədbirləri avqustun 26-da keçiriləcək. Onun sözlərinə görə, hazırda Moskvada tədbirə hansı yüksək rütbəli şəxslərin iştirak etməsi məsələsi həll olunur.
07.08.2018 15:33:18
Oxuma sayı: 554