İrandan Türkiyəyə dəstək mesajı
Ölçü:


İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etməsini tənqid edib.

Koordinat.az
xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Cavad Zərif “Twitter”də Türkiyəyə dəstək mesajında yazıb: “ABŞ-ın müttəfiq ölkədən – Türkiyədən olan iki nazirə qarşı qanunsuz sanksiyaları təkcə ABŞ administrasiyasının təzyiq göstərmək və məcbur etmək siyasətini yox, həm də onların sanksiyalara olan ehtirasının sərhəd tanımadığını göstərir”.

Xatırladaq ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı pastor Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.

02.08.2018 17:17:00
Oxuma sayı: 944