Köçaryanın həbsi Rusiyanı qıcıqlandırır - Ermənistan Moskvanın himayəsindən çıxır
Ölçü:


Rusiya hakim dairələri Ermənistan hakimiyyətinin son addımlarından ciddi narahatdır.

Koordinat.az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzetində bununla bağlı geniş məqalə dərc olunub. Məqalədə adı açıqlanmayan yüksək vəzifəli rusiyalı məmura istinadən bildirilir ki, xüsusən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı cinayət ittihamının irəli sürülməsi Kremli özündən çıxarıb: “Kremldə Xaçaturovun məhkəməyə cəlb edilməsini hərbi blokun imicinə ciddi zərbə hesab ediblər və təşkilata başqa ölkənin nümayəndəsinin ona sədr təyin olunmasını planlaşdırır”.

Bundan başqa, insident iki ölkə arasında 100 milyon dollarlıq hərbi kreditlə bağlı müqavilənin reallaşmasına da mane ola bilər.   

“Kommersant” qəzeti yazır ki, Ermənistanın hazırkı hakimiyyətinin sabiq rəhbərlərini təqib etməsi Moskva və Yerevan arasındakı münasibətlərdə nifaq yaradıb və tərəfləri daha çox küsdürə bilər. Ermənistanın Xarici İşlər Nazirliyi Moskvanın Ermənistanın yeni hakimiyyətinin hərəkətlərinə dair tənqidinə təpki verib. XİN-in sözçüsü Tiqran Balayan bildirib: “Biz hökumətin daxili siyasətinin prioritetləri olan hüquqi dövlət, müstəqil məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə ilə müşahidə edilən Ermənistandakı daxili proseslərlə bağlı beynəlxalq reaksiyaları izləyirik. Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya müttəfiq əlaqələrinin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, KTMT və Aİİ çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib”.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı İrəvana ünvanlanmış alışılmamış sərt bəyanatla çıxış edib. Onun sözlərinə görə, son günlərdə yaşanan hadisələr ” siyasi motivlərlərlə sələflərinin təqibini təşkil etmək niyyəti olmaması barədə Ermənistanın yeni rəhbərliyinin son bəyanatlarına ziddir”. ” Ermənistanda baş verənlər ən azı MDB məkanında təşkilatların normal iş vəzifələri baxımından maraqlandırmaya bilməz “, – deyən Sergey Lavrov əlavə edib ki, son günlərdə Rusiya Federasiyasının nümayəndələri “dəfələrlə Ermənistan rəhbərliyinə öz narahatlıqlarını çatdırıblar”.

Moskvanın qıcıqlanması Nikol Paşinyan hökumətinin təşviqi ilə 2008-ci ilin martında müxalifətin etiraz aksiyalarının zorakılıqla dağıdılması işi üzrə icraatın hissəsi kimi keçmiş yüksək vəzifəli şəxslərin məhkəməyə cəlb edilməsi səbəb olub.

2010-cu ildə Ermənistanın indiki baş naziri iğtişaşları təşkil etmək ittihamı ilə həbs edilib. 2008-ci ildə İndi o, barrikadaların digər tərəfdə olan və aksiyaların dağıdılmasına bais olanların, o cümlədən eks-prezident Robert Koçaryan və KTMT baş katibi Yuri Xaçaturovun ədalətə təslim edilməsini tələb edir. Onlara “Dövlət hakimiyyətinin qəsb edilməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Robert Koçaryan iyulun 27-də həbs edilib. Çərşənbə günü onun ofisinin rəhbəri Viktor Soqomyan keçmiş prezidentin İrəvanda həbs saxlanıldığı və yalnız vəkillərin onunla görüşünə icazə verildiyini “Kommersant” a bildirib. “K”-nın müsahibi əmindir ki, şefinə qarşı ittihamlar siyasi motivlidir. “2008-ci ilin 1 mart hadisələrinin ciddi araşdırmaya ehtiyacı var. Cəmiyyət əmin olmalıdır ki, o zaman nə baş verib və on nəfər, o cümlədən 2 polis və 8 mülki şəxs həlak olub. Ancaq indi baş verənlər bu cinayətlərin araşdırılması ilə heç bir əlaqəsi yoxdur”.

 

ardı var
02.08.2018 10:52:31
Oxuma sayı: 302