Azərbaycanda problemli kreditlərin həcmi artıb
Ölçü:


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 745,7 milyon manat təşkil edib.

Koordinat.az
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2 faiz çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 7,3 faiz artıb, ötən il iyulun 1-nə nisbətən isə 3,6 faiz azalıb.

İyunun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,4 faiz təşkil edib. Bu nisbət mayın sonuna 14,3 faiz təşkil edib.

01.08.2018 17:26:00
Oxuma sayı: 10319