Paşinyan Yerevanın mərkəzində mitinq çağırdı - hakimiyyətin 100 gününə görə
Ölçü:


Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Respublika meydanında mitinq çağırıb.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Mitinq baş nazirin hakimiyyətinin ilk 100 günlük dövrünə görə çağırılıb. Respublika meydanında Paşinyan 100 gün ərzində baş nazir kimi gördüyü işlər barədə danışacaq.

“Tezliklə mənim baş nazir olmağımın 100 günü tamama olacaq və bu münasibətlər sizi avqustun 17-də Respublika meydanında böyük mitinqə dəvət edirəm. Mitinqdə görüşməliyik çünki sizin üçün çox darıxmışam. Biz 100 gün ərzində Ermənistan üçün etdiklərimizdən danışacayıq və gələcəkdə Ermənistanın inkişafı üçün planlarımızdan da söhbət açacayıq” - deyə, Paşinyan bildirib.

 
01.08.2018 12:22:08
Oxuma sayı: 809