Elman Rüstəmov nəqliyyatdakı bahalaşmadan danışdı
Ölçü:


“Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq”.

Koordinat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib: “Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya bir qədər yüsəldici təsiri var. Lakin düşünmürük ki, bütövlükdə inflyasiyanın hədəf dəhlizindən (6-8%) kənarlaşdıra bilər. Düşünürük ki, qiymət artımının inflyasiyaya təsiri çox minimal olacaq”.

O qeyd edib ki, inflyasiyanın əsas amili məzənnə sabitliyi idi: “Biz məzənnə gözləntilərini sabitləşdirəndən sonra inflyasiya sabitliyinə nail olduq. Pul kütləsinin optimal formalaşmasına nail olmuşuq. Bu da inflyasiyanın idarə olunmasında mühüm ro oynayıb”.

O bildirib ki, uçot dərəcəsinin yumşalması inflyasiyadan qaynaqlanmaqla monetar şəraitin yumşalması, kredit aktivliyinin bərpasına yönəlib: “Onun siqnal effekti yüksəkdir. Siqnal effekti maliyyə sektoru üçün ondan ibarətdir ki, əmanət, kredit faizlərinin formalaşmasına təsir edir. Monetar şəraitin yumşaldılması makroiqtisadi sabitliyin formalaşmasında mühüm rol oynayır”.


01.08.2018 12:12:10
Oxuma sayı: 479