Əflatun Amaşovdan jurnalistin saxlanılmasına reaksiya: "Məsələ diqqətimizdədir"
Ölçü:


Dünən "Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgərin yoxa çıxdığı  barədə məlumat yayılıb.

Koordinat.az xəbər verir ki, ailəsi jurnalistin naməlum şəxslər tərəfinfən oğurlandığını iddia edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistin yoxa çıxması barədə məlumat yayıldıqdan bir qədər sonra özünün "Facebook" səhifəsində məsələyə reaksiya verib. Mətbuat Şurasının sədri qeyd edib ki, hadisə ilə bağlı ötən gecə ona zəng olunub:

“İş gününün sonuna doğru “Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq avqustun 1-də gündüz işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”.

01.08.2018 09:26:00
Oxuma sayı: 448