“Aşıq Şəmşir” Mədəniyyət Ocağı dastançılıq ənənələrini təbliğ edir - FOTOLAR
Ölçü:


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layıhəsi çərçivəsində Göygöldə tədbir keçirib.

Koordinat.az
xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbir Göygöl şəhərindəki Mədəniyyət evində təşkil olunub. Göygöl rayon Aşıq Şəmşir adına müsiqi məktəbinin direktoru Nurana Aliyeva bildirib ki, bu gün Azərbaycanın dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahib olduğu bütün dünyaya bəllidir: "Dastanların bir çoxu sovetlər zamanı və müstəqillik dövründə lentə alınıb. Lakin bu dastanlar artıq folklorşünasların öyrəndikləri və topladıqları materiallara əsaslandığından, onların toplaya bilmədikləri müxtəlif dastanlar bu gün çox az sayda dastançı aşıqların ifasında qalsa da yazıya və lentə alınmayıb. Hazırda yetişməkdə olan gənc aşıqlar arasında dastançı aşıq ənənəsi tamamilə itməkdədir. Dastan söyləmək, dastanı gələcək nəsillərə ötürmək missiyasını indi ahıl yaşda olan aşıqlar yaşatmaqdadır. Əgər indi qaçqın və məcburi köçkün bölgələrindən olan bəzi ahıl aşıqların ifasında səslənən dastanlar yazıya alınmazsa, onlar itmək təhlükəsi ilə üz-üzə qalacaq və bu bölgələrin  dastançılıq ənənəsi itib gedəcək".

Digər cıxış edənlər Aşıq sənətinin xalqımızın mədəni tarixinda mühüm yeri olduğunu vurğuladılar və bu sənətə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti ölkənin birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi qayğısından bəhs ediblər. Bildirdilər ki, məhz Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib.

Tədbirdə çıxış edən  ziyalılar  bu cür layihələrin həyata keçrilməsinin xüsusi əhəmiyətindən danışaraq belə layihələrə dəstəyinə görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığlarını bildirdilər.

Tədbirin sonunda ustad aşıq Fatulla Göyçalinin ifasında sazda xalq dastanlarından nümunələr səsləndirildi va gənc aşıqlara dastanlarımız haqqında məlumat verildi.

31.07.2018 12:46:00
Oxuma sayı: 2367