Prezident yol tikintisinə 3,4 milyon manat ayırdı
Ölçü:


Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Koordinat.az
xəbər verir ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 
27.07.2018 18:16:00
Oxuma sayı: 683