Nazirlik Bakıda ağac kəsənləri tapdı
Ölçü:


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Nəsimi rayonu, 20 Yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakışəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı köküstə yaş  müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub.

Sözügedən əraziyə yeni ağacların əkilməsi üçünBakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş”  verilib.
27.07.2018 17:39:00
Oxuma sayı: 829