Türkmənistan tozu Azərbaycana yayılıb
Ölçü:


Bakı və Abşeron yarımadasında bu gün müşahidə olunan tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Koordinat.az-a verilən məlumatda belə deyilir. Məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd edək ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.

25.07.2018 16:36:00
Oxuma sayı: 707