Rusiyanın Suriyadakı məxfi “Turan” batalyonu: döyüş üsulları İŞİD-dən fərqlənmir - ARAŞDIRMA
Ölçü:


“Turan” batalyonunun Orta Asiyada yaşayan türk xalqlarından ibarət döyüşçüləri Suriyada dərin təsir buraxıb. “Turan” muzdlular batalyonu ABŞ-ın Əfqanıstan və İraqda istifadə etdiyi Blackwater qüvvələrinə oxşadılır.

Koordinat.az
xəbər verir ki, sıralarına özəl təlim keçilmiş, Rusiyanın Suriyaya göndərdiyi qoşunların daxil edildiyi “Turan” batalyonu üzvləri ölkənin şimalında Deyr-əz-Zorda qeydə alınıb. Haqqında az məlum olan və hətta Rusiya KİV-lərinin “sirli” adlandırdığı batalyonun böyük qismi qazax, sak, yakut, qırğız, özbək, tacik, azərbaycanlı və türkmənlərdən ibarətdir. Xəbər verilir ki, bu muzdlular batalyonu İŞİD-lə hərbi əməliyyatların qeyri-ənənəvi üsullarıyla mübarizə üçün Suriyaya çıxardılıb.

Xüsusi təyinatlıların keçmiş üzvləri

Sıralarında Rusiyanın keçmiş “xüsusi təynatlılar”ının da daxil olduğu “Turan”ın döyüşçülərinin sayı 800-1200 nəfər səviyyəsində qiymətləndirilir. Bundan savayı, batalyon səkkiz ay müddətində “partizan müharibəsi” aparmaq üsullarını intensiv öyrənməkdən keçən keçmiş hərbçilərlə təkmilləşdirilir. Xəbər verildiyi kimi, 30-50 yaş arasında keçmiş müsəlman hərbçilərdən ibarət “Turan” batalyonunun üzvləri İŞİD-ə qarşı müharibədə əldə edilən nailiyyətləri haqda sosial şəbəkələrdə məlumat verirlər. Rusiya KİV-ləri terrorçularla mübarizəyə bu dəstəninn yüksək töhfəsini qeyd edir. Güman edildiyi kimi, ilk mərhələdə 400 nəfərlik heyətlə Xamə bölgəsinə gələn dəstə sonradan Xoms, Palmira və başqa bölgərdə Suriya rejiminin qüvvələrinə yardım edərkən qeydə alınıb. Məlumat verilir ki, dəstə təkcə Rusiyanın “Kalaşnikov” avtomatı kimi silahlarından deyil, həm də NATO ölkələrinin silahlarından istifadə edir, özəl hərbi şirkətdir. “Turan” batalyonunun döyüşçülərində həm də Amerika istehsalı M-4 və M-16 karabinləri görünüb. Ekspertlər bu batalyonu ABŞ-ın bir çox yerlərdə, xüsusən də Əfqanıstan və İraqda istifadə etdiyi muzdlu hərbçilərin işlədiyi Blackwater mühafizə müəssisəsinə bənzədirlər. Rusiyanın bəzi qəzetləri “Turan” batalyonunun mahiyytəcə İŞİD-in üsullarından seçilməyən üsullarının qəbuledilməzliyindən yazır.

Onların səcdəgahı Teymurləngdir

Bu hərbiləşdirilmiş batalyonun döyüşçülərinin paltarlarının qolundakı göy və qara-qırmızı nişanda “Turan” yazısı, silah tutan qolda üç nöqtə görünür. Tüfəngin şərti təsviri üzərində Teymurləngə aid edilən “Güc ədalətdədir” kəlamı var, üç nöqtə isə, ehtimal edildiyi kimi, 1370-1507-ci illərdə mövcud olmuş Teymurilər imperiyasının rəmzidir.

Ayda 150 min rubl alırlar

Rusiyada Blackwater-ə oxşar  iki şirkət diqqəti cəlb edir. Onlardan biri Ukraynada doğulmuş podpolkovnik Dmitri Utkinin yaratdığı “Vaqner”, ikincisi “Turan” batalyonudur. Bildirilir ki, “Vaqner”in sıralarında Suriyadakı müsəlman çeçenlərin də daxil olduğu beş minə yaxın muzdlu var, “Turan” batalyonu döyüşçülərinin sayı isə 1,2 minə çatır. Rusiyanın “Московский комсомолец” qəzeti yaxın keçmişə qədər bu batalyonların birində qulluq etmiş keçmiş muzdlu hərbçiylə söhbətləşib. Qəzet yazır ki, muzdlular Suriyada ayda 150 min rubl (iki min altı yüz dollara yaxın) alırlar. Komandirlərin maaşı isə ayda dörd min dollardan yuxarıdır.

Ən şübhəli ordu

Dünyanın ən böyük özəl mühafizə idarələrindən biri Blackwater Dövlət Departamenti, Pentaqon, MKİ-nin yüz milyonlarla dollar məbləğində tenderlərini alaraq Amerikan ordusunun, hər şeydən əvvəl, Əfqanıstan və İraqdakı əməliyyatlarına dəstək təmin edir. 1997-də qurulmuş, minlərlə muzdlunun çalışdığı şirkət 2006-cı ildən həm də Amerika diplomatlarının qorunması üzrə xidmət göstərir. 2007-ci ildə Bağdadda Blackwater-in mühasirəyə düşdüyünü zənn edən bir qrup əməkdaşının açdığı pərakəndə atəş nəticəsində 17 dinc sakin həlak olub. Nisur meydanındakı insident kimi tanınan bu hadisədən savayı, bu şirkətin əməkdaşları haqda xeyli digər iradlar və işgəncə, qəddar davranış, qətllər ititihamı üzrə tələblər var. Təxmin edildiyi kimi, PKK-ya Amerika istehsalı silah ötürən bu şirkət yaramaz ad-sanını ört-basdır üçün 2009-cu ildə adını dəyişib Xe Services, 2011-də isə Akademi qoyub.  

İlker Akgüngör,
 Vatan (Türkiyə).

Tərcümə Strateq.az-ındır. 

30.11.2017 11:46:24
Oxuma sayı: 63