Eldar Mahmudov 5 saat dindirilib
Ölçü:


Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu günlərdə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Koordinat.az
xatırladır ki, MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq Eldar Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info-nunyaydığı məlumatda deyilir ki, sabiq MTN şefi bu gün yenidən məhz sözügedən cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Bildirilir ki, Eldar Mahmudov nə az, nə çox düz 5 saatdan artıq dindirildikdən sonra sərbəst buraxılıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, sabiq MTN şefi bu gün səhər saat 10 radələrində xüsusi müşahidə altında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verib.

“Eldar Mahmudov səhər saat 10 radələrində dindirilmək üçün idarəyə çağırılıb və 5 saatdan sonra oranl tərk edib”, – deyə mənbə qeyd edib.

O da bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırıla bilər. 
06.11.2017 20:07:00
Oxuma sayı: 1226