Allahşükür Paşazadənin müavinindən çağırış
Ölçü:


“Mətbuatda dinlə bağlı müəyyən yanlışlığa yol verilir. Biz istəyirik ki, jurnalistlər mediada sunni-şiə məsələsinə, məzhəb, irqi ayrı-seçkliyə səbəb olacaq mövzulara daha çox diqqət yetirsinlər”.

Koordinat.az
xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah bu gün Bakıda keçirilən "Media: Dini Radikalizmlə Mübarizə" adlı konfransda çıxışı zamanı bildirib. O deyib ki, jurnalistlər bacardığı qədər bu sahədə ehtiyyatlı olmalıdırlar.

“Çünki yazılan mövzulara baxdıqda cəmiyyət tərəfindən İslam dininə qarşı olan münasibət dəyişir. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır”.

QMİ rəsmisi bildirib ki, İslam dini sülh, həmrəylik, mərhəmət dinidir: “Sadəcə olaraq din pərdəsi adı altında bəzi insanlar öz istəklərini həyata keçirməyə cəhd edirlər. Din insanlar arasında sivil cəmiyyət təşkil etmək üçün böyük bir rol oynayır. Media nümayəndələridə bu məqamı xususi diqqət etməlidirlər”.

 
16.07.2018 11:52:00
Oxuma sayı: 605