Bakının yolları bağlanır
Ölçü:


Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən Koordinat.az-a verdiyi məlumata görə, bununla əlaqədar küçə boyu hərəkət tam məhdudlaşdırılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
16.07.2018 11:04:00
Oxuma sayı: 501