Bibər qazından "boğulan" xanımın "intihar" oyunu - bir gündə "məşhurlaşan" Xatun Gəncəyə niyə gedibmiş?
Ölçü:


10 iyulda Gəncədə baş verən olaylar zamanı hadisə yerindən təxribat xarakterli, qızışdırıcı video yayan “Hədəf14” saytının əməkdaşı Xatun Etibarqızı barədə məlumat vermişdik.

Koordinat.az
xatırladır ki, özünü jurnalist kimi təqdim edən xanım məlum videoya görə saxlanılıb, polisə ifadə verdikdən sonra sərbəst buraxılmışdı. O, videoda heç bir reallığa uymadığı halda polisin küçədə bibər qazı sıxdığını iddia etmişdi.

Xanımın iddialarına görə, bibər qazı sıxılan anın fotosunu təqdim edirik. Nə videoda, nə də bu fotoda bibər qazı sıxan polis var, nə də ətrafda duman. Aşağıda gördüyünüz fotolar Türkiyədə etiraz aksiyaları zamanı çəkilib. Hansı ki, bibər qazı sıxılma anı məhz belə olur və sıxıldıqdan sonra ortada dumanabənzər görüntü yaranır.

Bu gün isə həmin xanım “facebook” hesabından belə bir paylaşım edib: “Böhtanlarınız məni intihar həddinə çatdırdı. Adınızı yazmayacam kimlərsiz son anda da yaxşılıq edəcəm, istəmirəm polis qapısında çürüyəsiniz, amma özünüz gözəl bilirsiniz kimlərsiniz. Görünür qarayaxmada iddialısız. Ömürboyu vicdan (vicdanınız varsa) əzabı çəkərsiz, şər atıb bir insan həyatını qaraltdığınız üçün. Etdiyiniz bütün pislikləri Allah sizə yaşadacaq. Üzərindı haqqı olanlar, haqqınızı halal edin”.

Maraqlıdır ki, üzərindən qısa müddət sonra başqası yazırmış kimi (yazı tərzi fərqli idi) “Xatun yaxşıdı, həkim çağırmışıq” ifadələri paylaşıldı.

Təxribatçılıqdan boyun qaçırmağın, özünü cəmiyyətə məsum göstərməyin yolu intihardan keçmir. Femida.az saytı əvvəlki mövqeyində qalır və məlum video və paylaşımların təxribat xarakterli olduğuna tərəfdardır. Adicə tank, BTR sözünü işlətmək təxribatı qığılcımlandıran amillərdir. Meydanda tank, BTR görünmür demək belə, insanların beynində panikaya səbəb ola bilər. Yəni hələ ki, BTR yoxdur, amma birazdan ola bilər.

Femida.az Xatun Etibarqızının kimliyi ilə bağlı bəzi məqamları üzə çıxarıb. Tam adı Əliyeva Gülxatun Etibar qızı olan bu xanım 1987-ci ilin 20 oktyabrında doğulub. Sumqayıtda, Corat qəsəbəsində yaşayır. Maraqlıdır ki, hadisədən 2 gün əvvəl Xatun xanım “facebook” hesabından Gəncədən video paylaşıb. Bir sözlə, xanım bir müddətdir Gəncədə imiş. Məlumatlara görə, hətta Gəncədə kirayə ev tutub. Sual yaranır: Niyə Sumqayıtda yaşadığı halda Gəncədə kirayə ev tutub? Baş verəcəklərdən əvvəlcədən xəbəri olan bir insan günlər öncədən Gəncəyə köçə bilərdi. Ki, hadisələri istədiyi formada təqdim edə bilsin.

13.07.2018 17:24:00
Oxuma sayı: 4454