Karateçilərdən 3 qızıl - “Judo Club 2012"nin növbəti uğuru
Ölçü:


Noyabrın 25-də Bakıda gənclər və yeniyetmələr arasında karate (WKF) üzrə respublika birinciliyi keçirilib.

Koordinat.az xəbər verir ki, yarışda paytaxtın tanınmış idman klublarından olan“Judo Club 2012"nin təmsilçiləri də iştirak ediblər. Onlardan üç nəfəri- Fidan Dadaşova (14-15 yaş, -47 kq),  Fərid Ağayev (14-15 yaş, -52 kq) və Nuri Əliyev (16-17 yaş, -55 kq) birinciliyin qalibi olaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, “Judo Club 2012"də beş idman növü - cüdo, karate (WKF), aykido, akrobatika, bədii gimnastika üzrə bölmələr fəaliyyət göstərir. Bölmələrdə hər yaşa və hazırlıq səviyyəsinə uyğun qruplar təşkil edilib.


28.11.2017 17:58:00
Oxuma sayı: 974