Paşinyan: "Nazirlərin görüşünü dönüş nöqtəsi hesab etmirəm”
Ölçü:


“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

Koordinat.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib. O qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olsa da, bu təmaslardan ciddi nəticə gözləmir.

“Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda bu ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, – deyə Paşinyan qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N.Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.
13.07.2018 09:28:00
Oxuma sayı: 450