Gəncədə iki polisin qətlinə görə axtarılan Rəşad Böyükkişiyev öldürüldü
Ölçü:


Gəncədə iyulun 10-da baş vermiş iğtişaş zamanı iki polis zabitinin qətlə yetirilməsində əsas iştirakçılardan olan Rəşad Böyükkişiyev zərərsizləşdirilib.

Koordinat.az
Real TV-yə istinadən xəbər verir ki, o, hüquq-mühafizə orqanları əməkdaşlarının ötən gecə keçirdiyi keçirdiyi əməliyyat nəticəsində məhv edilib.

Qeyd edək ki, Rəşad Böyükkişiyev barəsində axtarış elan edilmişdi.

Rəşad Böyükkişiyev ötən gecə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib və bu zaman məhv edilib.

Rəsmi məlumatlarda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi  və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərin dünən yaydığı birgə məlumata görə, Gəncə hadisələri ilə bağlı 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
13.07.2018 09:17:00
Oxuma sayı: 1734