Saakaşvilinin xanımı Bakıya gəlir
Ölçü:


Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofs Bakıya gələcək.

Koordinat.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib. Onun sözlərinə görə, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcək. Səfər çərçivəsində Sandra Rulofs ilk olaraq Fəxri Xiyabanı ziyarət edəcək.

Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda “Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatı keçiriləcək.

Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.
28.11.2017 18:09:00
Oxuma sayı: 134