Bu gün ölkənin 27 faizində enerji təchizatı dayanıb
Ölçü:


Bu gün baş verən qəza nəticəsində Azərbaycan ərazisində elektrik enerjisi təchizatında 27 faiz həcmində məhdudiyyət tətbiq olunub

Koordinat.az
xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.  Bildirilir ki, “Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib. Nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27 faiz həcmində məhdudiyyət tətbiq olunub.
12.07.2018 17:23:00
Oxuma sayı: 356