Enerji qəzası: bərpa işləri davam etdirilir
Ölçü:


"Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

"Azərışıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Musyafayev Koordinat.az-a bildirib ki, ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin enerji təminatının dayandırılmasını önləyə bilib. Onun sözlərinə görə, Bakı Metrosu, H.Əliyev adına Hava limanı, Su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib: "Hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar".

Yaranmış narahatlığa görə ”Azərişiq” ASC İstehlakçılarından üzr istəyir.
Tanrıverdi Mustafayev bildirib ki, hazırda elektrik təchizatında məhdudiyyətlər olan ərtazilərdə bərpa işləri davam etdirilir.

Xatırladaq ki, hazırda Bakı və Abşeron rayonlarının bəzi ərazisində, o cümlədən Xırdalan və Masazır zonasında elektrik enerjisinin verilməsində məhdudiyyətlə aradan qaldırılmayıb.
12.07.2018 17:38:29
Oxuma sayı: 791