Regionlarda da elektrik enerjisinin verilişində fasilə yaranıb
Ölçü:


Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Koordinat.az
xəbər verir ki, bunu "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib. Onun sözlərinə  görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb.

Hazırda paytaxt Bakı da daxil olmaqla elektrik enerjisinin dayandırıldığı regionlarda məhdudiyyətlər aradan qaldırılıb.
12.07.2018 17:09:00
Oxuma sayı: 670