Müəllimlərin işə qəbul imtahanları iyulun 16-dan 31-dək
Ölçü:


“Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təxminən iyul ayının 16-dan 31-dək keçirilməsi nəzərdə tutulur. Amma avqustun ikinci yarısında artıq bütün prosesin yekunlaşması nəzərdə tutulur. Lakin bu, tam olaraq müəllimlərin işə qəbulu prosesinin yekunlaşması demək deyil”.

Koordinat.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib. Onun sözlərinə görə, müsabiqə yalnız müddətsiz müqavilə ilə işə qəbul üçün həyata keçirilmir: "Çünki müsabiqə nəticəsində toplanılan bal əsasında heç bir vakansiya ilə təmin edilməyən şəxslərin müddətli əmək müqaviləsi ilə işə qəbulu da həyata keçiriləcək. Ona görə də bütövlükdə bu proseslərin zəncirvari olaraq, növbəti tədris ilində başa çatması ehtimal edilir”.

 

 
 
12.07.2018 15:17:00
Oxuma sayı: 255