İşıqlar yenidən söndü - Bakı metrosunun 2 stansiyası bağlandı
Ölçü:


Hazırda Bakı, Sumqayıt və bir çox yerlərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Koordinat.az
xəbər verir ki, "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksəkgərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik verilişi təminatında məhdudiyyətlər yaranıb. Onun sözlərinə görə, hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Elektrik enerjisinin bərpa olunması üçün intensiv iş aparılır.

“Bakı Metropoliteni” QSC-nın mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun Bənövşəyi xəttində enerji verilişinin dayandığını bildirib: “Yaşıl və qırmızı xətlər normal qaydada işləyir. Bənövşəyi xətdə-“Avtovağzal”-“Memar Əcəmi” stansiyalarına gələn elektrik xətlərində gərginlik olmadığı üçün 16:1-dan etibarən stansiyaya giriş bağlanıb”.

Onun sözlərinə görə, tuneldə qatar qalmayıb: “Enerji verilişi bərpa olunan kimi qatarların hərəkəti bərpa olunacaq”.

Metropoliten rəsmisi təhlükəsizlik tədbirləri çərçivəsində digər stansiyaalrın girişinin bağlanmasının nəzərdə tutulmadığını bildirib: “Hələlik qatarlar işləyir. Enerji verilişinin hansı səbəbdən dayandırıldığı açıqlanmayıb”.

 
12.07.2018 16:31:00
Oxuma sayı: 1444