Tələbələrin köçürülməsinin nəticələri bu ay açıqlanacaq - RƏSMİ
Ölçü:


“Tələbələrin köçürülməsi və yerdəyişməsinin nəticələri avqustun sonlarına məlum olacaq”

Koordinat.az
xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov “Həftənin sualı” verlişində səsləndirib. Onun sözlərinə görə, köçürülmə və yerdəyişmə ilə bağlı sənəd qəbulu hələ davam edir: “Tələbələrin köçürülmə və yerdəyişməsi ilə bağı sənəd qəbulu iyulun 20-ə qədər davam edəcək. Nəticələrin avqustun sonlarında açıqlanacağı nəzərdə tutulub”.

Xatırladaq ki, iyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Sənədlərin qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

12.07.2018 14:44:00
Oxuma sayı: 310