Putin İranın dini rəhbərliyi ilə görüşdü
Ölçü:



Rusiya prezidenti Vladimir Putin İranın ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

Koordinat.az
“Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya tərəfində görüşdə həmçinin xarici işlər naziri Sergey Lavrov da iştirak edib.

Görüş Putinin Novo-Oqarevodakı iqamətgahında baş tutub. Görüşdə İran tərəfindən Vilayətidən başqa İranın rusiyadakı səfiri Mehdi Sənayi və İran Ali Rəhbərinin Məsləhətçilər Bürosunun sədri Əli Əsgər Fəti Sarbandoli də iştirak edib.

Görüşün məzmunu barədə mətbuata hələ ki heç bir açıqlama verilməyib.

12.07.2018 12:46:22
Oxuma sayı: 230