Təhsil Nazirliyi canlı yayımda suallara cavab verəcək  
Ölçü:



İyulun 12-də saat 14:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, verilişdə təhsillə bağlı vətəndaşları maraqlandıran bu və ya digər suallara aydınlıq gətiriləcək. Sualara nazirliyin rəsmiləri Murad Camalzadə və Cəsarət Valehov cavab verəcək.

Sualları paylaşılan statusun şərhlər bölməsində yazmaq tövsiyə olunur.
12.07.2018 12:12:00
Oxuma sayı: 120