Gürcüstanın yeni hökumətinin tərkibi - siyahı
Ölçü:


Gürcüstan baş naziri Mamuka Baxtadze nazirlər kabinetinin yeni tərkibini mətbuata açıqlayıb.

Koordinat.az
xəbər verir ki, Baxtadze 3 yeni nazirin adlarını çəkib. Hökumətin yeni tərkibini Gürcüstan parlamentinin həftənin sonuna kimi təsdiqləməsi gözlənilir.

Yeni heyətdə 13 nazir əvəzinə 10 nazir və barışıq və vətəndaş bərabərliyi üzrə bir dövlət naziri olacaq. Bu “kiçik hökumət” konsepsiyası büdcə xərclərinin aşağı salınması və icra hakimiyyətinin işini optimallaşdırmaq məqsədi daşıyır.

Yeni hökumətin yeni nazirləri maliyyə naziri İvane Maçavariani, təhsil, elm, incəsənət və idman naziri Mixail Batiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kabuliya olub.

Qeyd edək ki, yeni hökumətdə Mədəniyyət və Idman nazirliyi, Ədliyyə Nazirliyi, Qaçqın və Məcburi köçkünlər Nazirliyi olmayacaq. Bu nazirliklərdən mədəniyyət və idman nazirliyi təhsil və elm nazirliyi ilə birləşərək, təhsil, elm, incəsənət və idman nazirliyi adlandırılıb. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyinin tərkibinə qatılıb. Qaçqın və Məcburi köçkünlər nazirliyinin fəaliyyət istiqamətləri isə Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Daxili İşlər Nazirliyi və Səhiyyə və Sosial Müdafiə Nazirliyi arasında bölüşdürülüb.
12.07.2018 10:50:39
Oxuma sayı: 109