Bu yolda təmir gedir
Ölçü:


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) təhlükəsizlik sədlərinin təmir işlərini davam etdirir.

AAYDA-nın mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
12.07.2018 09:53:00
Oxuma sayı: 166