Məmmədyarovun Mnatsakanyan görüşü 4 saat çəkib
Ölçü:



Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Koordinat.az-a verilən  məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov-Rusiya Federasiyası, Stefan Viskonti-Fransa və Əndrü Sxofer-ABŞ) vasitəçiliyi ilə keçirilib. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib.
 
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması  üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.
12.07.2018 09:19:00
Oxuma sayı: 88