Fuad Muradov Parisdə Topçubaşovun məzarını ziyarət etdi - FOTO
Ölçü:


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avropaya rəsmi səfəri davam edir.

Komitədən Koordinat.az-a verilən məlumata görə, F.Muradovun başçılıq etdiyi nümayəndə heyəti Fransada Azərbaycanın görkəmli siyasi xadimi, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib, məzar üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

11.07.2018 16:14:00
Oxuma sayı: 335