Deputatın oğlu Baş nazir Katibliyinin rəisi təyin edildi
Ölçü:


Nazirlər Kabinetinin Aparatında Baş nazir Katibliyinin rəisi vəzifəsinə təyinat olub.

Koordinat.az
xəbər verir ki, bu vəzifəyə Ərəstü Həbibbəyli təyinat alıb.

Qeyd edək ki, Ərəstü Həbibbəyli bu təyinatadək Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini vəzifəsində işləyirdi. O, Milli Məclisin Təhsil komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur.

Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.
11.07.2018 15:27:00
Oxuma sayı: 248