Xarici İşlər Nazirliyi də Gəncədəki hadisələri pislədi
Ölçü:


Azərbaycan Xarici İşlər Nazirliyi Gəncə şəhərində polislərin qətlə yetirilməsini pisləyib.

Koordinat.az
xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycanın inkişafı Ermənistanla yanaşı, bəzi qüvvələri də narahat edir: "Həmin destruktiv qüvvələr Azəbaycandakı inkişaf və sabitlikdən narahat olan qüvvələr ölkədə sabitliyi pozmaq istəyir. Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən parad Ermənistan və digər deskruktiv qüvvələri narahat edib. Amma həmin qüvvələr bilməlidurlər ki, bu cür təxribatlara cəhddə onlar öz qarşılarənda Azərbaycan dövlətini görəcəklər”.

XİN rəmisi Gəncə gənclərinə müraciət edib: “Onlar vətənpərvərlikləri ilə seçilməli, həmrəylik nümayiş etdirməlidir. Hadisə nəticəsində həlak olan polis zabitlərinin ailəsinə başsağlığı veririk!"
11.07.2018 10:39:00
Oxuma sayı: 419