Patruşevlə Qriqoryanın mübhəm görüşü – Qarabağa dair bəyanat necə dəyişdirilib?
Ölçü:


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan arasındakı görüşün detalları bəlli olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Qraparak” qəzeti məlumat yayıb: “Bu görüş tarixi idi. Ona görə ki, bundan öncə Rusiya tərəfinin Qriqoryanın qərbyönlü olmasıyla bağlı şübhələri vardı. Tərəflər arasında görüş narahat keçdi. Patruşev burada bəyan etdi ki, Rusiya Dağlıq Qarabağ konfliktinin mərhələli həllinin tərəfdarıdır. Armen Qriqoryan isə buna etiraz edə bilmədi.

Bundan sonra Rusiya Təhlükəsizlik Şurası bəyanat yayaraq, Rusiyanın regionda stabilliyi və konfliktin sülh yoluyla mərhələli həllinin tərəfdarı olduğu bildirdi. Bəyanatın yayılmasından sonra erməni tərəfi böyük əmək sərf edərək, mərhələli həll sözünü korrektə etməyi bacardı”.

Qeyd edək ki, Rusiya tərəfinin yaydığı bəyanatı sonradan dəyişməsi ilk hal deyil. Bundan öncə Rusiya Xarici İşlər İşlər Nazirliyi də Nikol Paşinyanın açıqlamasıyla bağlı yaydığı bəyanatı dəyişmişdi. Hətta Rusiya XİN daha sonra Azərbaycan KİV-lərini qeyri-kontruktivlikdə ittiham etmişdi.
10.07.2018 13:57:06
Oxuma sayı: 271