Paşinyan Karen Karapetyanı da hədəfə aldı
Ölçü:


Ermənistan Dövlət Gəlirləri Komitəsinin Əməliyyat-təhlil idarəsiinin rəisi Karen Karapetyan barəsində korrupsiyaya görə araşdırmalara başlanılıb.

Koordinat.az
xəbər verir ki, bunu Ermənistanda nəşr olunan “Jamanak” qəzeti yazıb. Məlumata görə, K.Karapetyan həmin vəzifəyə bir müddət əvvəl təyin olunub. Təyinatdan sonra onun adı korrupsiya qalmaqalında hallanmağa başlayıb. Hazırda K.Karapetyan müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb. Korrpusiya qalmaqalı ilə bağlı araşdırmalar aparılır. Onun barəsində cinayət işinin başlanacağı istisna edilmir.

Bundan əvvəl K.Karapetyan Kentron rayonunun vergilər idarəsinin rəisi vəzifəsində işləyib. Məlumata əsasən, korrupsiyaya ən çox bulaşmış K.Karapetyan Ermənistan polisinin başçısı Valeri Osipyanın “xaç atası”dır/Report.
10.07.2018 12:32:14
Oxuma sayı: 266