Ərdoğan gəlir!
Ölçü:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Koordinat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu gün Bakıda birgünlük səfərdə olacaq. O, Bakıda Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki ölkənin prezidentləri arasında təkbətək görüş olacaq. Təkbətək görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Bu tədbirlərdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R.T.Ərdoğan Azərbaycana səfərini başa vurduqdan sonra Bakıdan Şimal Kipr Türk Cümhuriyyətinə yola düşəcək.


Xatırladaq ki, Ərdoğanın Bakıya səfəri onun yeni dönəmdə dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi ziyarətidir. O, iyunun 24-də keçirilən prezident seçkisində qalib, andiçmə mərasimi isə dünən keçirilib.
10.07.2018 10:19:00
Oxuma sayı: 181