İcra basşçısı: "Nə baş verirsə, mən də camaat kimi televiziyadan eşidirəm"
Ölçü:


Qubada bir nəfərin ölməsi, 4 nəfərin yaralanması ilə bağlı xəbər vermişdik. Hadisənin hansı səbəbdən baş verməsi isə hələki bəlli deyil.

Koordinat.az xəbər verir ki, "Bizimyol"un əməkdaşı hadisə barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb. O hadisə haqqında olduqca qəribə danışaraq, qəzet və sayt oxumadığını bildirib: “Siz bu haqda məlumat almaq istəyirsiz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram”.

Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq bu barədə məlumatlısınızmı? Hadisə hansı səbəbdən baş verib? sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.
09.07.2018 17:02:52
Oxuma sayı: 603