Nazir müavini: "IX sinif şagirdlərinin imtahan nəticələri yaxşılaşıb"
Ölçü:


"IX sinfin buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb. Əvvəlki dərs iliylə müqayisədə ötən il daha yaxşı nəticələr əldə olunub".

Koordinat.az xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib. O qeyd edib ki, ötən dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4,75% yaxşılaşıb.
09.07.2018 10:38:49
Oxuma sayı: 271