Əhali pulunun çoxunu ərzağa xərcləyir
Ölçü:


Bu ilin ilk 5 ayında paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2017-ci ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 34,7 manat daha çox vəsait xərclənib.

Koordinat.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin açıqladığı məlumatda belə deyilir. Bildirilir ki, pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz artaraq 3324,9 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq 4311,3 milyon manat olub.

Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq 43,5 faiz təşkil edib (Azərtac).
09.07.2018 10:11:44
Oxuma sayı: 1493