Əvəz Zeynallı: "Yunis Səfərov keçmişdə Elmar Vəliyevin işçisi olub"
Ölçü:


“İnandığım mənbələr deyir ki, Yunis Səfərov Moskvada hüquq təhsili alıb, ağıllı və istedadlı şəxsdir. O, bir müddət Elmar Vəliyevin yanında işləyib. Yunis Səfərov Elmar Vəliyevin mühafizəsində də olub. İcra başçısının həyat tərzi, dünyaya baxışı ilə razılaşmayıb və yolları ayrılıb. Aralarında ciddi problemlər, söz-söhbət olub”.

Koordinat.az
xəbər verir ki, bunu tanınmış jurnalist, Xural.com saytının baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında bildirib. O qeyd edib ki, icra başçısının güllələnməsi hadisəsindən sonra Gəncədən aldığı məlumatlarda Yunis Səfərovla Elmar Vəliyevin arasında söz-söhbətin başçıya “səni öldürəcəyəm” hədəsi ilə başa çatdığı qeyd olunub: “Ola bilər ki, Yunis Səfərov bu hədəni gerçəkləşdirmək üçün gedib radikal dini qruplara qoşulub. Bunu istisna etmək olmaz. Bütün hallarda səbəb də ortaya qoyulmalıdır. Hər nə olsa belə, belə Yunis Səfərovun addımına bəraət yoxdur. Ortada konkret qanlı aksiya var və bu, təqdir edilə bilməz. Gəncədə əksəriyyətin Elmar Vəliyevə kin-kidurət bəsləməsi də aydınlaşdırılmalı və nəticə çıxarılmalıdır. Bu qədər zalımlığa yol verilməsinin qarşısı vaxtında alınmalı idi. Bunu etməyiblərsə, niyə belə oldu sualına cavab axtarmalıdırlar”…
07.07.2018 11:43:00
Oxuma sayı: 495