Elmar Vəliyevin sağlıq durumuna dair ziddiyyətli məlumatlar -  əsil həqiqət gizlədilir?
Ölçü:


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılsa da, rəsmi açıqlama verilməməsi diqqət çəkir.

Koordinat.az
xəbər verir ki, bəzi yerlərdə onun öldüyü, bəzi yerlərdə Türkiyədən gələn həkimlər tərəfindən əməliyyat edildiyi, digərlərində isə İsrailə aparıldığı bildirilir.
Lakin icra başçısının ölüb-ölmədiyinə dair heç bir rəsmi məlumat yoxdur. Düzdür, rəsmi qurumlar onun həyatda olduğunu bildirir. Ancaq bu məlumdur ki, DİN-in yaydığı ilkin məlumatda Vəliyevin xəsarət almadığı bildirilsə də, sonradan onun da hadisə zamanı yaralandığı açıqlanmışdı.

Digər bir ziddiyyət: REAL TV-nin rəhbəri Mirşahin Ağayev Elmar Vəliyevlə danışdığını və vəziyyətinin yaxşı olduğunu bildirir, lakin deputat Siyavuş Novruzov 25 illik dostu olan icra başçısı ilə danışa bilmədiyini açıqlayır. Elmar Vəliyev danışacaq haldadırsa, hakim partiyanın nüfuzlu şəxsi, bir deputat, icra başçısıyla illərlə çörək kəsmiş şəxs onunla niyə danışa bilmir? Danışacaq halda deyilsə və ağır yaralıdırsa, bu məlumat niyə gizlədirilir?

Ən son yayılan xəbərlərdə isə bildirilir ki, icra başçısı artıq müalicə üçün İsrailə aparılıb. Bu xəbərin doğruluğuna inansaq, onu əminliklə deyə bilərik ki, Vəliyevin səhhəti heç də deyildiyi kimi yaxşı deyil, hətta ağırdır (Bakupost).
06.07.2018 21:53:00
Oxuma sayı: 456