Xanlar Vəliyev: "Yunis Səfərov ermənidir, Rusiya xüsusi xidmət oqranlarına işləyib"
Ölçü:


Baş Prokrorunn müavini, Hərbi prokror Xanlar Vəliyev qardaşı Elmar Vəliyevə qarşı sui-qəsd barədə danışıb.

Koordinat.az
"Bizimyol"a istinadən xəbər verir ki, o, qardaşının  səhhətinin yaxşı olduğunu, İsrailə aparılması ilə bağlı məlumatların yalan olduğunu deyib: “Harda olmasının fərqi yoxdu, əsas odur ki, yaxşıdır. İnşalah, daha da yaxşı olacaq. Mənim qardaşım bir dövlət məmuru kimi çalışıb və dövlətinə sədaqətlə xidmət edib. Onun bütün xidmətləri göz qabağındadır. Gəncə bu gün dünyanın inkişaf etmiş şəhərləri sırasındadır. Sözsüz ki, bu, ölkə prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün! Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir.”

Hərbi prokuror daha sonra qeyd edib ki, Elmar Vəliyevə sui-qəsd radikal dinçilərin işidir: “O adamın özü, anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın. Gülmək, ağlamaq, hirslənmək, xoş söz demək və s. insani emosiyalardır, bu, mümkün olan şeydi. Bizim ailəmizdə aldığımız tərbiyə heç vaxt imkan vermir ki, kimisə söyəsən və ya vurasan, döyəsən… Biz qanunlara hörmətlə yanaşan adamlarıq. Bizim babamız Quranı başdan ayağa oxuyub tərcümə edirdi, amma biz heç vaxt mövhumatçı olmamışıq. Həmişə də bizə deyib ki, Allaha inanın, dinə inanın”.

X.Vəliyev sonda qeyd edib: “Bir daha deyirəm, Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Onun haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir. Sadəcə müəyyən müalicə prosesləri, reabilitasiyalar keçməlidir. O da yavaş-yavaş aparılır. Daha da yaxşı olacaq”.
06.07.2018 17:24:10
Oxuma sayı: 1115