Rusiyalı həmsədr: “Nazirlərin görüşünə hazırlıq gedir"
Ölçü:


”Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”.

Koordinat.az
xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. O deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İqor Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.
06.07.2018 12:20:26
Oxuma sayı: 254